“Qarabağ” dünya reytinqində irəlilədi

“Qarabağ” dünya reytinqində irəlilədi

İFFHS klubların dünya reytinqini açıqlayıb. Cədvəldə planetin 415 klubu yer alıb.

Azərbaycan siyahıda üç klubla təmsil olunub. Son çempion “Qarabağ” 144,5 xalla dünyanın 61-cisidir. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda ötən ayla müqayisədə 3 pillə irəliləyib.

“Sabah” 63,5 xalla 302-ci yerdə qərarlaşıb. Murad Musayevin yetirmələri 16 pillə geriləyib.

“Neftçi” siyahıda 318-cidir. 61,75 xala malik Adrian Mutunun komandası 7 pilləlik eniş yaşayıb.

Qeyd edək ki, cədvələ 304 xala malik “Mançester Siti” başçılıq edir.

ETOPAZ

Əvvəlki yazı

Upamekano 2-3 həftə oynamayacaq

Növbəti yazı

“Çelsi”də 3 ayrılıq