“Qarabağ” çempion!

“Qarabağ” çempion!

Azərbaycan Premyer Liqasında 28-ci turun daha bir oyunu keçirilib. Turun ilk günü “Kəpəz” – “Qarabağ” matçı ilə yekunlaşıb.

Qonaqlar bu qarşılaşmada 6:1 hesablı qələbə qazanıb. “Qarabağ”ın qollarına Julio Romao, Olavio Juninyo (iki dəfə), Abbas Hüseynov, Elvin Cəfərquliyev və Redon Cica imza atıblar.

Gəncə klubu son saniyələrdə təsəlli qolunu vurub. Latir Fal bu topun müəllifi olub.

Bu qələbə ilə “Qarabağ” xal hesabımı 69-a çatdırıb. Qurban Qurbanovun yetirmələri ikinci yerlə xal fərqini 27-yə çatdıraraq sona 8 tur qalmış Azərbaycan çempionluğunu təmin edib.

ETOPAZ

Əvvəlki yazı

“Neftçi”dən səfər qələbəsi

Növbəti yazı

Ardıcıl 3-cü, tarixdə 11-ci