“Qarabağ” avrokuboklarda, “Səbail”dən ilin ilk qələbəsi

“Qarabağ” avrokuboklarda, “Səbail”dən ilin ilk qələbəsi

Bu gün Azərbaycan Premyer Liqasında 22-ci turun daha iki oyunu keçirilib. “Sumqayıt” “Qarabağ”ı, “Səbail” “Qəbələ”ni qəbul edib.

“Kapital Bank Arena”da keçirilən görüş qonaqların üstünlüyü ilə başlayıb. 16-cı dəqiqədə Kadi Borqes fərqlənib. “Qarabağ” fasilədən sonra daha iki qol vuraraq 3:0 hesablı qələbə qazanıb. Bununla da, Ağdam klubu avrokuboklara vəsiqəni təmin edib.

Günün ikinci qarşılaşması “ASCO Arena”da baş tutub. Oyuna “Səbail” fəal başlayıb. Bir neçə dəfə təhlükəli hücumlar quran meydan sahibləri qol vurmaqda çətinlik çəkib. Komanda hissənin sonlarında istəyinə çatıb. Adil Nağıyev hesabı açıb. İkinci hissədə daha iki qol vuran “Səbail” 2022-ci ildəki ilk qələbəsini qazanıb.

ETOPAZ

Əvvəlki yazı

Avrokubokların ən məhsuldar afrikalıları

Növbəti yazı

Sürpriz kupon – 11.04.2022