“Qarabağ” “Aston Villa” və “Fiorentina”dan öndə

“Qarabağ” “Aston Villa” və “Fiorentina”dan öndə

Top komandaların Avropa reytinqi açıqlanıb. Siyahıda qitənin 450 klubu yer alıb.

Azərbaycan cədvəldə üç komanda ilə təmsil olunub. Ölkəmizin ən yaxşısı “Qarabağ”dır.

Qurban Qurbanovun yetirmələri 214 xalla Avropada 85-cidir. Ağdam klubu “Fiorentina”, “Aston Villa” və “Başakşəhər” kimi tanınmış komandaları arxada qoyub.

Cəmi 30 xalı olan “Neftçi” 242-ci sırada qərarlaşıb. “Qəbələ” bakılılardan 10 xal geridədir. “Qırmızı-qaralar” cədvəldə 288-cidir.

Qeyd edək ki, birinci pillədə 2233 xala malik “Real” qərarlaşıb.

ETOPAZ

Əvvəlki yazı

Muqurusa gerilədi

Növbəti yazı

Medvedev Cokoviçlə fərqi azaltdı