“Qarabağ” 74-cü pillədə

“Qarabağ” 74-cü pillədə

Avropanın top komandalarının yeni reytinq cədvəli açıqlanıb. Siyahıda qitənin 415 ən güclü klubu yer alıb.

Siyahıda Azərbaycanı 4 komanda təmsil edir. “Qarabağ” 220 xalla qitənin 74-cüsüdür. Qurban Qurbanovun yetirmələri hesabat dövründə aktivini 14 xal zənginləşdirib. Təmsilçimiz cədvəldəki mövqeyini qoruyub.

27 xala malik “Neftçi”nin də yeri dəyişməz qalıb. Bakılılar 238-ci sırada qərarlaşıb.
 
5 addım geriləyən “Sabah” 20 xalla 266-cıdır. 7 pilləlik geriləmə ilə üzləşən “Qəbələ” 5 xalla 375-cidir.
 
Qeyd edək ki, siyahıya 2191 xala malik “Real” başçılıq edir.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 04.10.2023

Növbəti yazı

“Əl Nəsr” “Real”ın kapitanını istəyir