“Qalatasaray”dan Torrentə son iki oyun

“Qalatasaray”dan Torrentə son iki oyun

“Qalatasaray” rəhbərliyi baş məşqçi Domenek Torrentə iki oyunluq vaxt verib. İstanbul klubu qarşıdakı matçlarda qələbə qazana bilməsə, çalışdırıcı istefaya göndəriləcək.

60 yaşlı mütəxəssisin yetirmələri fevralın 21-də 26-cı turda “Göztepe”nin qonağı olacaq, fevralın 27-də isə 27-ci turda “Rizespor”u qəbul edəcək.

Qeyd edək ki, Torrent Fatih Terimin istefasından sonra yanvarın 11-də baş məşqçi təyin olunub. Komanda onun rəhbərliyi altında çıxdığı beş qarşılaşmada qələbə üzünə həsrət qalıb. Bunlardan ikisində məğlub olub, üçündə isə heç-heçə edib.

ETOPAZ

Əvvəlki yazı

Pikford dava saldı

Növbəti yazı

“Barselona”nın hədəfindəki niderlandlı