“Qalatasaray”da baş məşqçi postuna yeni namizəd

“Qalatasaray”da baş məşqçi postuna yeni namizəd

“Qalatasaray”da daha bir prezidentliyə namizəd baş məşqçisini müəyyənləşdirib. Eşref Hamamcıoğlu bu vəzifəyə seçiləcəyi təqdirdə hansı çalışdırıcı ilə yola çıxacağını açıqlayıb.

O, iyunun 11-dəki seçkilərdə rəqiblərinə qalib gələrsə, Rudi Qarsiyanı Türkiyəyə gətirəcək. Hamamcıoğlunun idman direktoru vəzifəsinə gətirməyi planlaşdırdığı Cenk Ergün artıq fransalı mütəxəssislə danışıqlara başlayıb. Hətta tərəflər arasında ilkin anlaşma əldə edildiyi də bildirilir. Qarsiya 2 illik müqaviləyə razılıq verib.

Qeyd edək ki, “Qalatasaray”da prezidentliyə digər namizəd Metin Öztürk baş məşqçi postuna Okan Buruku gətirəcəyini bildirib.

ETOPAZ

Əvvəlki yazı

Marrey “Masters” turnirindən çıxdı

Növbəti yazı

Avropa Liqasında finalın adına aydınlıq gəldi