“Qalatasaray” Türkiyəyə dönə bilmir

“Qalatasaray” Türkiyəyə dönə bilmir

Avropa Liqasının 1/8 finalının ilk oyununda “Barselona”nın qonağı olan “Qalatasaray”ın Türkiyəyə qayıdış proqramında dəyişiklik edilib. Buna İstanbulda hökm sürən qarlı hava şəraiti səbəb olub.

Komandanı gətirəcək təyyarənin İzmirdəki hava limanına enəcəyi gözlənilir. Başqa bir xəbərə görə, “sarı-qırmızılar” martın 12-də Türkiyəyə qayıda biləcəklər. “Qalatasaray”ın “Beşiktaş”la derbiyə hazırlığı isə İspaniyada başlayacaq.

Xatırladaq ki, “Nou Kamp”da keçirilən “Barselona” – “Qalatasaray” matçı qolsuz bərabərliklə başa çatıb.

ETOPAZ

Əvvəlki yazı

PSJ Neymarı satır

Növbəti yazı

Vidal “İnter”i tərk edəcək