PSJ Neymarı satır

PSJ Neymarı satır

PSJ rəhbərliyi Neymarı satmaq variantını nəzərdən keçirir. Buna klubun sahibi və Qətərin Əmiri Tamim bin Hamad Al-Tani braziliyalı hücumçudan narazı qalması səbəb olub.

Paris klubunun Çempionlar Liqasının 1/8 final mərhələsində “Real”a uduzması (1:0, 1:3) qətərlini çox məyus edib. Bu üzdən heyətə əl gəzdirməyi lazım bilən Al-Tani braziliyalı ilə vidalaşmaq tərəfdarıdır.

Klub rəhbərliyi Kilian Mbappe və Lionel Messidən fərqli Neymarın müsbət nəticə üçün canfəşanlıq etmədiyi qənaətindədir.

“Sambaçı”dan daha çox şey gözlənilsə də, braziliyalı bu ümidləri doğrulda bilmir. Bu üzdən də onun artıq yay fasiləsində klubdan gedəcəyi realdır.

e-Topaz

Əvvəlki yazı

Karri 20.000-ə çatdı

Növbəti yazı

“Qalatasaray” Türkiyəyə dönə bilmir