“Qalatasaray” “Adana Dəmirspor”un hücumçusunu istəyir

“Qalatasaray” “Adana Dəmirspor”un hücumçusunu istəyir

“Qalatasaray” “Adana Dəmirspor”un seneqallı hücumçusu Mbaye Nianqla maraqlanır. İstanbullular onunla müqavilə imzalamaq imkanını nəzərdən keçirir.

29 yaşlı futbolçu 4 aydır maaş almadığını deyərək “Adana Dəmirspor”dan ayrılıb. Rəhbərlik Nianqı klub binasını icazəsiz tərk etdiyinə görə 175 min avro cərimələyib və FİFA-ya şikayət edib. “Qalatasaray”ın Mauro İkardinin zədəsi və Sedrik Bakambunun Afrika Millətlər Kubokuna getməsi səbəbindən Mbaye transferini düşünməyə başladığı bildirilir.

ETOPAZ

Əvvəlki yazı

Enderson “Yuventus”un hədəfində

Növbəti yazı

Günün kuponu – 15.01.2024