“Qəbələ”dən ev qələbəsi
Azərbaycan Premyer Liqasında XI tura yekun vurulub. Turun son günündə bir oyun keçirilib. Yeganə qarşılaşma Qəbələdə baş tutub.
“Qəbələ” öz meydanında “Sumqayıt”ı qəbul edib. Matçdakı bütün qollar ikinci hissədə vurulub. Ülvi İsgəndərovla Rafael Utziqin qolları meydan sahiblərinə üç xal qazandırıb. Qonaqlar bu toplardan yalnız birinin əvəzini çıxa bilib. Höccət Haqverdi fərqi minimuma endirib.
2:1 hesablı qələbə qazanan “Qəbələ” xal hesabını 21-ə çatdırıb. İkinci pillədə qərarlaşan “qırmızı-qaralar” liderdən 5 xal geri qalır. “Sumqayıt” 11 xalla 6-cıdır.
Qeyd edək ki, turun ilk iki günündə “Qarabağ” – “Keşlə” (1:0), “Zirə” – “Səbail” (3:1) və “Neftçi” – “Sabah” (1:2) oyunları keçirilib.