Qəbələdə qollu sülh

Qəbələdə qollu sülh

Azərbaycan Premyer Liqasının 21-ci turunun ikinci oyun gününə yekun vurulub. “Qəbələ” “Zirə”ni qonaq edib.

Qarşılaşma meydan sahiblərinin üstünlüyü ilə başlayıb. Bu, özünü 14-cü dəqiqədə doğruldub. Ülvi İsgəndərov fərqlənib. Lakin qonaqlar çox keçmədən hesabda bərabərlik yaradmağı bacarıb. İlkin Muradov adını tabloya yazdırıb – 1:1. Tərəflərin səylərinə baxmayaraq, matçda qalib müəyyənləşməyib.

Qeyd edək ki, tura sabah keçiriləcək “Kəpəz” – “Araz-Naxçıvan” matçı ilə yekun vurulacaq.

ETOPAZ

Əvvəlki yazı

“Sumqayıt”dan ev qələbəsi

Növbəti yazı

Benzema məşqləri bərpa etdi