“Qəbələ” – “Qarabağ” oyununda qolsuz sülh

“Qəbələ” – “Qarabağ” oyununda qolsuz sülh

Azərbaycan Premyer Liqasında XII tura yekun vurulub. Turun son günündə bir matç keçirilib. Günün yeganə oyunu Qəbələdə baş tutub.

Çempionatın lideri “Qarabağ” “Qəbələ”nin qonağı olub. Qarşılaşma qolsuz sülhlə başa çatıb. Bu heç-heçədən sonra Qurban Qurbanovun yetirmələri 27 xalla turnir cədvəlinin lideridir. “Qəbələ” 22 xalla 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, növbəti turun matçları dekabrın 4-5-də keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Ranqnik “Mançester Yunayted”də

Növbəti yazı

Günün kuponu – 30.11.2021