Pyaniçə “Beşiktaş” variantı
İspaniyanın “Barselona” klubu futbolçusu Miralem Pyaniçi icarəyə vermək üçün komanda axtarır. İtaliya “Yuventus”u və Rusiya klubları ilə anlaşa bilməyən La Liqa təmsilçisi yarımmüdafiəçini “Beşiktaş”a təklif edib. Türkiyə klubu ilə “Barselona” icarə şərtləri ilə bağlı müzakirələr aparır. Bosniya və herseqovinalının maaşı yüksək olduğundan onunla vidalaşmaq istəyən Kataloniya klubu bu məbləğin müəyyən hissəsini də ödəməyə hazırdır.
Xatırladaq ki, Pyaniç bir il əvvəl “Yuventus”dan “Barselona”ya keçib.