PSJ “Real”ı FİFA-ya şikayət edir

PSJ “Real”ı FİFA-ya şikayət edir

PSJ və “Real”ın münasibətləri mənfiyə doğru gedir. Parislilər madridliləri FİFA-ya şikayət etməyə hazırlaşır.

Fransa təmsilçisi ispanların hücumçusu Kilian Mbappeni yoldan çıxardığını düşünür. Parislilər 24 yaşlı forvadın Madrid klubu ilə razılığa gəldiyini və azad agent kimi gələn il bu komandaya keçəcəyini iddia edirlər. 

Fransa millisinin kapitanı daha əvvəl Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun təklifindən imtina edib. Dünən isə Mbappenin cari müqaviləni uzatma seçimini aktivləşdirə biləcəyi vaxt bitib.

ETOPAZ

Əvvəlki yazı

Ndombele “Qalatasaray”ın maraq dairəsində

Növbəti yazı

Verratti “Əl Əhli”nin hədəfində