PSJ Ramosla yollarını ayıracaq
PSG daha bir futbolçusu ilə yollarını ayıracaq. Müdafiəçi Serxio Ramos yay transfer pəncərəsində komandanı tərk edə bilər.
Klub rəhbərliyi tez-tez zədələnən və Çempionlar Liqasında komandanın heyətində bir matç belə oynamayan futbolçudan qurtulmaq niyyətindədir. Ramosun özü növbəti mövsüm komandada qalmaq istəyini bildirib.
Yeganə maneə 36 yaşlı ispaniyalının yüksək maaşıdır. Yaxın gələcəkdə klubla oyunçunun iclası və bu vəziyyətin müzakirəsi planlaşdırılır.