PSJ Ramosla yollarını ayıracaq
PSJ-də daha bir ayrılıq baş verəcək. Klub müdafiəçi Serxio Ramosla müqaviləni yeniləməyəcək.
İspaniyalı ilə parislilər arasında hazırkı sözləşmə 2023-cü ilin yayına kimi nəzərdə tutulub. Futbolçu komandada qalmaq istəyir. Lakin Klub rəhbərliyi onun xidmətindən məmnun deyil.