PSJ-nin Zidan planı

PSJ-nin Zidan planı

PSJ mövsümün sonunda baş məşqçisini dəyişə bilər. Fransa təmsilçisinin Maurisio Poçettino ilə yollarını ayıracağı gözlənilir.

Paris klubu bu vəzifəyə Zinəddin Zidanı gətirməyi planlaşdırır. Fransalı mütəxəssisin gəlişi Kilian Mbappenin də taleyinə təsir edə bilər. Yayda reallaşması gözlənilən bu təyinat gənc hücumçunun komandada qalmaq ehtimalı artıracaq. Zidanın son iş yeri Madrid “Real”ı olub.

ETOPAZ

Əvvəlki yazı

“Barselona”dan Robertoya təklif

Növbəti yazı

Bartidən 17 eys