PSJ-nin qapıçısı İspaniya klubunda

PSJ-nin qapıçısı İspaniya klubunda

PSJ-nin qapıçısı Serxio Riko karyerasını İspaniyada davam etdirəcək. Bunu Fransa klubunun mətbuat xidməti açıqlayıb.

28 yaşlı qapıçı “Malyorka”ya icarəyə verilib. İspaniyalı qolkiper mövsümün sonunadək Balear adaları təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, Riko cari mövsümdə yalnız bir oyunda meydana çıxıb. O, Keylor Navasın qırmızı vərəqə aldığı görüşdə sonradan oyuna daxil olub.

ETOPAZ

Əvvəlki yazı

Qodin “Atletiko Mineyro”da

Növbəti yazı

“San-Antonio”da ikinci seriya