PSJ-nin Mbappenin gedişi üçün planları

PSJ-nin Mbappenin gedişi üçün planları

Kilian Mbappenin gedişi ilə PSJ böyük məbləğdə pula qənaət etmiş olcaq. Parislilər bu ayrılıq sayəsində hücumçunun maaşına xərclənən 200 milyon avroluq yükdən qurtulmuş olacaqlar.

Liqa 1 təmsilçisinin idman müşaviri Luis Kamposa bu pulu Çempionlar Liqasını qazanmağa qadir olan gənc komanda yaratmaq tapşırılıb. PSJ-nin prioriteti Mbappenin yerinə yeni hücumçu almaqdır. Komandanın maraq dairəsində “Mançester Yunayted”dən Markus Reşford və “Napoli”dən Viktor Osimhen var.

ETOPAZ

Əvvəlki yazı

Bakı derbisində bir qol

Növbəti yazı

“Bavariya” ardıcıl 3-cü məğlubiyyətini aldı