PSJ-nin futbolçuları sıralara döndülər
PSJ-nin iki futbolçusu zədəsini sağaldıb. Onlar Çempionlar Liqasının 1/4 finalının “Barselona” ilə oyunundan öncə məşqləri bərpa ediblər.
Kataloniyalılarla matça hazırlıq məqsədilə komandanın bugünkü məşqində Bredli Barkola və Uorren Zair-Emeri iştirak edib. Eyni zamanda parislilərin heyətində Nordi Mukielenin zədəsi davam edir. Əşrəf Hakimi isə cəzalı olduğu üçün oyunu buraxacaq.