PSJ-də növbəti itki
PSJ yeni bir itkiylə daha üzləşib. Komandanın müdafiəçisi Əşrəf Hakimi Fransa Liqa 1-in 26-cı turunun “Sent-Etyen”lə matçında meydana çıxmayacaq.
Həkimlər əzələ gərginliyi səbəbindən futbolçunun növbəti oyunda iştirakını qadağan edib. Hakimi 48 saatdan 72 saata kimi müddətdə hazır olacaq.
Qeyd edək ki, Fransa Liqa 1-in 26-cı turunun PSJ – “Sent-Etyen” matçı bu gün “Park de Prens” stadionunda keçiriləcək.