PSJ-də iki itki

PSJ-də iki itki

PSJ-nin zədəli futbolçularının durumuna aydınlıq gəlib. Çempionlar Liqasının qrup mərhələsinin V turunun “Mançester Siti” ilə görüşünü (1:2) buraxan Marko Verratti daha üç həftə meydana çıxa bilməyəcək.

29 yaşlı yarımmüdafiəçi ehtiyat oyunçular skamyasında otursa da, qarşılaşmada iştirak üçün hələ tam hazır deyil. Onun komanda yoldaşı Ander Errera isə İngiltərə klubu ilə matçda əvəzlənib. Buna səbəb olan zədə üzündən yarımmüdafiəçi bir ay da buraxmalı olacaq.

ETOPAZ

Əvvəlki yazı

Avropa Liqasında həftənin oyunçusu adına namizədlər

Növbəti yazı

Voleybol Federasiyasının prezidenti bəlli oldu