PSJ-də 150-ci qol

PSJ-də 150-ci qol

PSJ Fransa kubokunun 1/16 final mərhələsində “Vanna” ilə qarşılaşıb. Liqa1 təmsilçisi aşağı dəstə klubunu 4:0 hesabı ilə darmadağın edib.

Parislilərin hücumçusu Kilian Mbappe bu qarşılaşmada het-trikə imza atıb. 23 yaşlı futbolçu 4-cü liqa klubunun qapısına 17 dəqiqəyə üç top vurub.

Mbappenin ikinci qolu karyerasında 200-cü olub. Het-triki rəsmiləşdirən top isə karyerasında 201-ci, PSJ-də 150-ci qol kimi yadda qalıb. O, “Monako”da 27, Fransa millisində 24 dəfə fərqlənib.

ETOPAZ

Əvvəlki yazı

“Qolden Steyt”də yeni müqavilə

Növbəti yazı

Kiriosdan imtina