PSJ 2010-cu ildən sonra ilk dəfə
PSJ 2010-cu ildən bəri ilk dəfə Liqa 1-də ilk yarıda qapısında üç qol görüb. “Nant” Fransa çempionatının 25-ci turunun matçında (3:1) fasiləyə qədər parislilərin qapısından üç cavabsız top keçirib.
Sonuncu belə hadisə 2010-cu ilin avqustunda baş vermişdi. PSJ “Soşo” ilə matçın ilk yarısında 3 qol buraxmışdı. Maraqlıdır ki, həmin oyunda da parislilər 1:3 hesabı ilə uduzmuşdu.
Qeyd edək ki, PSJ-ni o zamanlar hazırda “Nant”a rəhbərlik edən Antuan Kombuar çalışdırırdı.