Premyer liqanın nəhəngləri 32/1 finalda üz-üzə

Premyer liqanın nəhəngləri 32/1 finalda üz-üzə

İngiltərə kubokunda III mərhələnin cütləri bəlli olub. 1/32 finalda iki iddialı komanda üz-üzə gələcək.

“Mançester Siti” ilə “Çelsi” növbəti raunda vəsiqə uğrunda birincilərin meydanında qarşılaşacaq. Daha bir favorit “Liverpul” elitanın digər təmsilçisi “Vulverhempton”la doğma arenasında münasibətlərinə aydınlıq gətirəcək. “Mançester Yunayted” isə “Everton”u qəbul edəcək.

Premyer Liqanın lideri “Arsenal” kubokda aşağı liqa təmsilçisi “Oksford Yunayted”i sınağa çəkəcək. “Tottenhem” də “Portsmut”la qarşılaşacaq. London təmsilçilərindən “Tottenhem” evdə, “Arsenal” səfərdə çıxış edəcək.

Qeyd edək ki, İngiltərə kubokunda 1/32 final mərhələsinin matçları yanvarın 6-9-u aralığında keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Xavi DÇ-2022-nin favoritlərini açıqladı

Növbəti yazı

“Sabah”dan qələbə, Sumqayıtda bərabərlik