Premyer Liqanın ən yaxşısı adına iddiaçılar
İngiltərə Premyer Liqasında ayın futbolçusu adına namizədlər müəyyənləşib. Bunu qurumun mətbuat xidməti açıqlayıb.
Mükafata 6 iddiaçı var. Bunlar “Tottenhem”dən Pyer Emil Heybyerq, “Bornmut”dan Filip Billinq, “Mançester Yunayted”dən Markus Reşford, “Mançester Siti”dən Kevin de Brüyne, “Everton”dan Aleks İvobi, “Aston Villa”dan Ceykob Remsidir.
Səsvermə sentyabrın 26-dək dəvam edəcək. Qalib gələn həftə açıqlanacaq.