Premyer Liqadan üç təklif
“Sportinq”in futbolçusu Joau Palinya karyerasını İngiltərədə davam etdirə bilər. Yarımmüdafiəçi bir neçə klubun maraq dairəsinə düşüb.
Üç klub Palinyanı heyətində görmək istəyir. Bunlar “Mançester Yunayted”, “Tottenhem” və “Nyukasl”dır.
26 yaşlı futbolçu 2013-cü ildən “Sportinq”in heyətində çıxış edir. Onun lissabonlularla müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.
Qeyd edək ki, portuqaliyalı cari mövsümün 30 görüşündə 3 qola imza atıb.