Premyer Liqada yenilik
İngiltərə Premyer Liqasında yeni qayda tətbiq olunacaq. Bu barədə qərarı təşkilatçılar veriblər.
Bundan sonra oyunların təxirə salınması üçün komandadakı yoluxmalar sayı əsas götürüləcək. 4 üzvü koronavirusa yoluxan komandanın görüşü başqa vaxta keçiriləcək.
Bunadək heyətdə qalan futbolçu sayı əsas sayılırdı. Zədəli, yoluxan, yığmanın düşərgəsində olanların hamısı nəzərə alınmaqla neçə oyunçunun meydana çıxa bilməsi vacib idi.