Premyer Liqada qeyri-adi rekord

Premyer Liqada qeyri-adi rekord

“Brayton” Premyer Liqada qeyri-adi rekorda imza atıb. Roberto De Dzerbinin yetirmələri mövsümün ilk 15 oyununda həm qol vurub, həm də buraxıb.

“Brayton” bunu son 89 ildə bacaran ilk komandadır. İngiltərə çempionatında son belə hadisə 1934/35 mövsümündə qeydə alınıb. Həmin vaxt “Vulverhempton” belə nəticə göstərib.

Qeyd edək ki, 15 turda 25 xal toplayan “Brayton” turnir cədvəlində 8-cidir.

ETOPAZ

Əvvəlki yazı

Deyvis La Liqa nəhənginin hədəfində

Növbəti yazı

Feliks qərarını verdi