Premyer Liqada mövsümün futbolçusu
İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı futbolçusu bəlli olub. Bunu liqanın mətbuat xidməti açıqlayıb.
“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne çempionatın ən yaxşısı seçilib. Belçikalı futbolçu 2-ci dəfə bu mükafata sahib çıxıb. O, 2019/20 mövsümündə də bu adı qazanıb.
Qeyd edək ki, Kevin cari mövsümdə Premyer Liqada 29 oyunda 15 qol vurub.