Premyer Liqada məhsuldar heç-heçə
Azərbaycan Premyer Liqasında XXII tura start verilib. İlk oyun günündə bir matç baş tutub.
“Qarabağ” öz meydanında “Sabah”ı qəbul edib. Məhsuldar keçən görüşdə 6 qol vurulub.
İlk dörd top penaltidən sonra qapıdan keçib. Meydan sahiblərində Marko Yankoviçlə Olavio Juninyo fərqləniblər. Bakılıların heyətində isə İshak Belfodil dubla imza atıb – 2:2
Uzatma dəqiqələrində öncə Tellur Mütəllimov, ardınca Yassin Benzia qol sevinci yaşayıb – 3:3.
Qeyd edək ki, tura fevralın 13-də yekun vurulacaq.