Premyer Liqada istefa

Premyer Liqada istefa

İngiltərə Premyer Liqasının rəhbəri Hari Hoffman vəzifəsini tərk edəcək. Buna yarışda iştirak edən klubların narazılıqları səbəb olub.

Premyer Liqa klubları “Nyukasl”ın Səudiyyə Ərəbistanın PİF fonduna satılmasından şikayət ediblər. Günahın böyük hissəsini üzərinə götürən qurum başçısı postundan ayrılmağa qərar verib. Onun istefası yaxın günlərdə rəsmiləşəcək.

Qeyd edək ki, Hoffman 2020-ci ilin aprelindən Premyer Liqanın rəhbəridir.

ETOPAZ

Əvvəlki yazı

Lempardin “Lester” arzusu

Növbəti yazı

“Mançester Siti” Sterlinqi satır