Premyer Liqada ilk
“Çelsi”nin futbolçusu Jorjinyo qeyri-adi göstəriciyə imza atıb. İtaliyalı yarımmüdafiəçi İngiltərə Premyer Liqasında rekord müəllifi olub.
29 yaşlı futbolçu turnirin tarixinə ardıcıl 10 qolunu penaltidən vuran ilk oyunçu kimi düşüb. Jorjinyonun bu seriyası 2020-ci il yanvarın 11-də başlayıb.
Həmin gün futbolçu “Bernli”nin (3:0) qapısına penaltidən qol vurub. Jorjinyonun seriyası “Nyukasl”la qarşılaşmada (3:0) 10-a çatıb.