Premyer Liqada ən yaxşı müəyyənləşdi
İngiltərə Premyer Liqasında ayın futbolçusu bəlli olub. Dekabrın ən yaxşısı adına Rahim Sterlinq layiq görülüb.
“Mançester Siti”nin vingeri ötən ay 5 qol və bir assistə imza atıb. O, bu qollardan ikisini penaltidən vurub. Sterlinq ay ərzində 5 matçda iştirak edib. O, daha iki görüşdə ehtiyatda qalıb.
Sterlinq üçüncü dəfə bu mükafatı alır. O, sonuncu dəfə 37 ay öncə – 2018-ci ilin noyabrında ən yaxşı seçilib.