Premyer Liqada ən gec kambek

Premyer Liqada ən gec kambek

“Tottenhem” Premyer Liqa tarixinə düşüb. London klubu yarışda ən gec kambek edən komanda adına yiyələnib.

Antonio Kontenin yetirmələri “Lester”lə matçda buna nail olub. Görüşün startından 94 dəqiqə 52 saniyə keçmiş 1:2 hesabı ilə geridə olan “Tottenhem” iki qol vura bilib – 3:2.

Bunadək rekord “Mançester Siti”yə məxsus idi. 2012-ci ildə 91 dəqiqə 14-cü saniyədə “Kuinz Park”a 1:2 hesabı ilə uduzan mançesterlilər sonda qələbə qazanıb – 3:2.

ETOPAZ

Əvvəlki yazı

“Kinqz”in planları

Növbəti yazı

18-ci quru hesablı