Premyer Liqada ən ağır məğlubiyyət
“Mançester Yunayted” Premyer Liqada özünün ən ağır məğlubiyyətini alıb. Bu, 26-cı turun “Liverpul”la görüşündə yaşanıb.
Erik Ten Haqın yetirmələri 0:7 hesabı ilə uduzub. “Qırmızı şeytanlar” 1992-ci ildən Premyer Liqa adını daşıyan yarışda belə ağır məğlubiyyət almamışdı.
Bu, həm də klub tarixinin İngiltərə çempionatlarının yüksək liqasındakı antirekordunun təkrarıdır. Bunadək 3 dəfə belə nəticə qeydə alınıb.
1926-cı ildə “Blekbern”, 1930-cu ildə “Aston Villa”, 1931-ci ildə isə “Vulverhempton” mançesterliləri 7 qolla məğlub edib. “Qırmızı şeytanlar” 92 ildən sonra belə ağır yenilgiyə üzülüb.