Premyer Liqa tarixində 7-ci

Premyer Liqa tarixində 7-ci

“Neftçi” Azərbaycan çempionatlarında nadir təsadüf olunan göstəriciyə imza atıb. Azərbaycan Premyer Liqasının XXXIII turunda “Qarabağ”dan 5 qol buraxan Bakı klubu XXXIV turda “Kəpəz”in qapısına eyni sayda qol vurub – 0:5 və 5:1.

Paytaxt təmsilçisi tarixində ilk dəfə 5 və ya daha çox buraxdığı görüşdən sonrakı qarşılaşmada belə məhsuldarlıq göstərir. 1992-ci ildən keçirilən ölkə çempionatlarında 7-ci dəfə belə hadisə yaşanıb.

Buna sonuncu dəfə AZAL nail olub. Paytaxt təmsilçisi 2011/12 mövsümündə “Neftçi”yə 1:7 hesabı ilə uduzandan sonra “Simurq”a qalib gəlib – 5:1.

“Neftçi” və AZAL-dan başqa daha 3 komanda belə halla üzləşib. “Turan” üç dəfə belə oyunlar ardıcıllığı yaşayıb. Tovuzlular 1997/98 (“Qarabağ” 1:5, “Kür-Nur” 5:1), 1998/99 (“Bakı fəhləsi” 1:5, “Şahdağ” 8:0) və 2000/01 (“Neftçi” 1:5, “Araz-Naxçıvan” 7:2) mövsümlərində iki fərqli matçı sıralayıb.

Sumqayıt “Xəzər”i 1999/2000 (“Şəfa” 0:5, “Neftqaz” 5:0), “Qarabağ” 2001/02 (“Şəmkir” 1:5, “Şahdağ” 6:0) mövsümlərində 5 və ya daha çox qol buraxdığı görüşdən sonra məhsuldarlıq nümayiş etdirib.

ETOPAZ

Əvvəlki yazı

Məmmədov “250”yə çatdı

Növbəti yazı

“Qarabağ”dan klub rekordunun təkrarı