Premyer Liqa oyununda dava düşdü
Portuqaliya Premyer Liqasında 22-ci turun mərkəzi qarşılaşması baş tutub. “Porto” – “Sportinq”i (2:2) məğlub edib. 5 qırmızı vərəqənin göstərildiyi görüşdən sonra meydanda xoşagəlməz hadisə yaşanıb.
Liderlərin matçının ardından komandaların oyunçuları dava etməyə başlayıblar. Klubların texniki heyəti və məşqçilər korpusu da mübahisə ediblər.
Qeyd edək ki, “Porto” turnir cədvəlində 60 xalla 1-ci, “Sportinq” isə 54 xalla 2-cidir.