Premyer Liqa klubu baş məşqçisi ilə müqaviləni uzatdı
İngiltərənin “Bernli” klubu baş məşqçisi Şon Daiçlə yeni müqavilə imzalayıb. Yeni anlaşma 2025-ci ilin yayında başa çatacaq
50 yaşlı mütəxəssis 2012-ci ilin oktyabrından “Bernli”yə başçılıq edir. O, həmin vaxtdan indiyədək komandasını 396 oyuna çıxarıb.
Daiçin yetirmələri cari mövsümə uğursuz başlayıb. Premyer Liqanın üç turunda 1 xal toplayan “Bernli” turnir cədvəlində 18-cidir.