Premyer Liqa klubları futbolçuları qırmızı siyahıdakı ölkələrə buraxmayacaq
İngiltərədə çıxış edən futbolçular Böyük Britaniya hökumətinin qırmızı siyahısında yer alan ölkələrdə keçiriləcək milli komandalar səviyyəsində oyunlara buraxmayacaq. Bu barədə qərarı Premyer Liqa klubları verib. Qırmızı siyahıda futbolçuların getməli olduğu 26 ölkənin adı var. Həmin ölkələrə yollanacaq oyunçular qayıtdıqdan sonra koronavirus pandemiyası üzündən 10 günlük karantinə alınacaq. Bu üzdən də klublar həmin futbolçuları sentyabrda keçiriləcək matçlara buraxmayacaq.