Potapova ikinci dəfə yarımfinalda

Potapova ikinci dəfə yarımfinalda

Lozannada keçirilən turnirdə rusiyalı tennisçi Anastasiya Potapova 1/4 finalda Jül Nimayerlə qarşılaşıb. O, rəqibinə qalib gələrək (6:4, 6:2) yarımfinala yüksəlib.

21 yaşlı Potapova bu mövsüm WTA turnirində ikinci dəfə bu mərhələyə yüksəlməyi bacarıb. O, ilk dəfə İstanbul turnirində buna nail olmuşdu və sonda titulu qazanmışdı.

e-Topaz

Əvvəlki yazı

Parker karyerasında ilk dəfə

Növbəti yazı

“Nottingem Forest”də yeni qapıçı