Portuqaliya və Cənubi Koreya pley-offda
Dünya çempionatında qrup mərhələsinin 3-cü turuna yekun vurulur. Portuqaliya Cənubi Koreya, Qana Uruqvayla qarşılaşıb.
Avropalılar görüşə üstün başlayıb. Portuqaliya hesabı 5-ci dəqiqədə açıb. Rikardo Orta fərqlənib – 1:0. Lakin asiyalılar özünə gəlməyi bacarıb. Kim Yunq Von hesabı bərabərləşdirib – 1:1. Matçın sonlarında isə koreyalılar qələbə topunu da vurub. Hvanq Hi Çan komandasına qalibiyyəti gətirib – 2:1.
Uruqvay isə Qana ilə görüşdə üstün olub. Komanda ardıcıl hücumlar qurmağı bacarıb. Bunlardan ikisində Jorjiyan de Arraskaeta fərqlənib. O, dublla komandasına qələbə qazandırıb – 2:0.
Beləcə, H qrupundan 1/8 Portuqaliya və Cənubi Koreya milliləri yüksəlib.