Portuqaliya üçün ilk
DÇ-2022-nin 21-ci oyun günü start götürüb. 1/4 final mərhələsinin ikinci günündə Mərakeş və Portuqaliya meydana çıxıb.
Artıq qarşılaşmanın ilk 45 dəqiqəsi başa çatıb. Mundialda sensasiyaları sıralayan Mərakeş fasiləyə üstün yollanıb. 42-ci dəqiqədə Yussef En-Nasiri hesabı açıb.
Portuqaliya DÇ-2022-də ilk dəfə rəqibin hesabı açması ilə üzləşib. Bunadək pireneylilər bütün görüşlərdə ilk qolu vuran tərəf olurdu.