“Portlend”dən Puerto-Rikoya
Amerikalı hücumçu Maykl Bizlinin yeni klubu bəlli olub. 32 yaşlı basketbolçu karyerasını Puerto-Rikoda davam etdirəcək.
Bu il təşkil olunan NBA-nın Yay Liqasında “Portlend”də çıxış edən forvard “Kanqreheros de Santurse” ilə müqavilə imzalayıb. Bizlinin NBA-dakı son oyunu 2019-cu ilə təsadüf edib.
Hücumçu həmin vaxt “Leykers”in şərəfini qoruyub. Ardınca Çinin “Quandun” klubu keçən Bizli ötən yay “Bruklin”lə anlaşsa da, koronavirus testi müsbət nəticələndiyi üçün müqaviləsi ləğv edilib.
Xatırladaq ki, hücumçu NBA-da 609 matçda orta hesabla 12,4 xal toplayıb.