“Portlend”də ciddi itki
“Portlend”in ulduz basketbolçusu Demian Lillard əməliyyat olunacaq. O, 6-8 həftədən sonra təkrar müayinədən də keçməlidir.
Sonuncu dəfə dekabrın 31-də meydana çıxan Lillardın nə vaxt bərpa olunacağı bəlli deyil. Onun mövsümün sonunadək hazır olub-olmaması müalicə prosesinin gedişindən asılıdır.
Demian cari mövsümdə 29 matçda iştirak edib. O, orta hesabla 24,0 xal, 4,1 ribaund və 7,3 ötürmə ilə yadda qalıb.