Poqbanın qızıl medalı oğurlandı

Poqbanın qızıl medalı oğurlandı

“Mançester Yunayted”in futbolçusu Pol Poqba evi qarət olunub. Ulduz oyunçuya məxsus bir çox dəyərli əşya soyğunçular tərəfindən oğurlanıb. Onların arasında Fransa millisinin Rusiyada keçirilmiş DÇ-2018-də qazandığı qızıl medal da var.

Yarımmüdafiəçi hadisə barədə danışıb. O, ailəsinə görə narahat olduğunu bildirib:

“Məni ən çox qorxudan hadisə vaxtı iki övladımın dayə ilə birlikdə evdə olmasıdır. Dayə hər şeyi eşidib və dərhal polisə məlumat verib. Daha sonra uşaqlarla birlikdə otağa daxil olaraq qapını arxadan bağlayıb”.

ETOPAZ

Əvvəlki yazı

Lukaku “Çelsi”dən ayrılmaq arzusunda

Növbəti yazı

Qnabri millinin düşərgəsindən ayrıldı