Poqbadan imtina

Poqbadan imtina

“Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqba İngiltərə təmsilçisi ilə mövsümün sonuna qədər olan müqaviləni yeniləməkdən imtina edib. Fransa millisinin üzvü yayda azad agent statusu daşıyacaq.

28 yaşlı orta sahə oyunçusu sabiq komandası “Yuventus”un yay transfer pəncərəsində əsas hədəfinə çevrilib. “Qoca sinyora” ulduz futbolçunu 2012-2016-cı illərdə oynadığı komandaya qaytarmağa çalışır. Ancaq onun xidmətində digər nəhənglər də maraqlıdır. Poqba bu mövsüm Premyer Liqada 14 oyun keçirib, 1 qol, 8 assistlə yadda qalıb.

ETOPAZ

Əvvəlki yazı

Ramosa MLS-dən dəvət

Növbəti yazı

“Zirə”dən səfər qələbəsi, “Qarabağ” xal itirdi