Poqba “Mançester Yunayted”ə şərt qoydu

Poqba “Mançester Yunayted”ə şərt qoydu

“Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqba klubu ilə müqavilə müddətini uzatmağa hazırdır. Fransa millisinin üzvünün bunun üçün şərti var.

28 yaşlı orta sahə oyunçusu “qırmızı-şeytanlar”da ən çox maaş alan futbolçu olmaq arzusundadır. Hazırda həftəlik maaşı 560 min avro olan hücumçu Kriştiano Ronaldo klubda ən çox məvacib alan oyunçudur. Poqba isə 580 min avro qazanacağı təqdirdə qalmağa razılıq verəcək.

Qeyd edək ki, 2016-cı ildən “Mançester Yunayted”də çıxış edən Poqbanın müqavilə müddəti mövsümün sonuna qədərdir. O, bu mövsüm 13 oyunda 7 məhsuldar ötürmə verib.

ETOPAZ

Əvvəlki yazı

Qrin və Batler zədələndi

Növbəti yazı

Avropa liqalarını gözləyən zərbə