Popoviçdən mövsümün rekordu

Popoviçdən mövsümün rekordu

“San Antonio”nun baş məşqçisi Qreq Popoviç NBA-da müntəzəm mövsümün rekorduna imza atıb. “Spurs” evdə “Cazz” üzərində 104-102 hesablı qələbə qazanıb və bu, Popoviçin 1336-cı ev qələbəsi olub.

73 yaşlı mütəxəssis əvvəllər liqa tarixində 1-ci yeri Don Nelsonla (1,335) bölüşürdü. O, Nelsonu keçərək şəriksiz lider olub.

Popoviç daha öncə NBA tarixində 1500 müntəzəm və pley-off qalibiyyətinə çatan 1-ci məşqçi olmuşdu.

Qeyd edək ki, Qreq 1996-cı ildə “San Antonio” klubunun baş məşqçisi kimi fəaliyyətə başlayıb.

ETOPAZ

Əvvəlki yazı

“Mançester Yunayted”in baş məşqçi planı

Növbəti yazı

Levandovski “Barselona”nın hədəfində